Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib - FOTO

10:38 - Bu gün
Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü həyata keçirilib - FOTO

Bu gün Rusiyaya məxsus növbəti taxıl yükü Azərbaycan ərazisindən tranzit keçməklə Biləcəri Dəmiryol Stansiyasından Ermənistana yola salınıb.

1new.az AZƏRTAC-a istinadən xəbər verir ki, 7 vaqondan ibarət yük qatarı ümumilikdə 488 ton taxıl daşıyır.

Qatarın hərəkət marşrutu üzrə yük əvvəlcə Böyük Kəsik Dəmiryol Stansiyasına çatdırılacaq, daha sonra isə Gürcüstan ərazisi vasitəsilə Ermənistan istiqamətində yola düşəcək.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 23 min tondan çox taxıl, həmçinin 700 tondan çox gübrə göndərilib. Azərbaycan üzərindən həyata keçirilən bu cür tranzit daşımalar regionda nəqliyyat-kommunikasiya əlaqələrinin genişlənməsinə və beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasına xidmət edir.

Paylaş:
102

Son xəbərlər

Bütün xəbərlər