Azərbaycan nefti cüzi ucuzlaşıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti cüzi ucuzlaşıb

09:49 - 25 / 03 / 2026
Azərbaycan nefti cüzi ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,05 ABŞ dolları və ya 0,04 % azalaraq 116 ABŞ dolları təşkil edib.

1news.az “Report”a istinadən xəbər verir ki, hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 111,14 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,59 ABŞ dolları və ya 0,53 % azalaraq 110,38 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş:
692

Son xəbərlər

ADY yeni qatarlar alacaq

12 / 05 / 2026, 15:34
Bütün xəbərlər