İran ABŞ-nin BƏƏ və Küveytdəki bazalarına zərbələr endirib
İran ABŞ-nin Birləşmiş Ərəb Əmirlikləri və Küveytdə yerləşən hərbi bazalarına, eləcə də Təl-Əvivin mərkəzinə, Hayfaya və Kiryat-Şmonanın şimalı və cənubundakı ərazilərə zərbələr endirib.
1news.az TASS-a istinadən xəbər verir ki, bu barədə İranın İslam İnqilabı Keşikçiləri Korpusu açıqlama yayıb. Bildirilib ki, zərbələr ABŞ və İsrailə məxsus idarəetmə mərkəzlərinə, radiolokasiya sistemlərinə və pilotsuz uçuş aparatlarının saxlanıldığı anqarlara yönəldilib.
Açıqlamada həmçinin qeyd olunub ki, hücumlar BƏƏ-də yerləşən Əl-Dafra, Küveytdəki Əli əs-Səlim və Ərifcan hərbi bazalarını da əhatə edib.
78










