Çində korrupsiya ittihamı ilə iki sabiq nazirə ölüm hökmü verildi | 1news.az | Xəbərlər
Dünya

Çində korrupsiya ittihamı ilə iki sabiq nazirə ölüm hökmü verildi

Oksana Orucova16:58 - Bu gün
Çində korrupsiya ittihamı ilə iki sabiq nazirə ölüm hökmü verildi

Çində rüşvət və korrupsiya ittihamları ilə mühakimə olunan sabiq müdafiə nazirləri Vei Fenge və Li Şangfu ölüm cəzasına məhkum ediliblər.

1news.az xarici mediaya istindən xəbər verir ki, Çin Hərbi Məhkəməsi bu gün hər iki sabiq nazir barəsində çıxarılan hökmü açıqlayıb. Mərkəzi Hərbi Komissiyanın və Dövlət Şurasının keçmiş üzvləri olan Vei Fenghe və Li Şangfu korrupsiya ittihamları üzrə ayrı-ayrı məhkəmə proseslərində 2 il müddətinə təxirə salınmış ölüm cəzası alıblar.

Məhkəmənin qərarına əsasən, Vei Fenghe yalnız rüşvət almaqda təqsirli bilinib. Li Şangfu isə həm rüşvət alma, həm də rüşvət vermə ittihamları üzrə günahkar hesab olunub.

Bununla yanaşı, məhkəmə hər iki sabiq nazirin ömürlük siyasi hüquqlardan məhrum edilməsinə və bütün şəxsi əmlaklarının müsadirə olunmasına qərar verib.

Çin qanunvericiliyinə görə, 2 illik təxirəsalma müddətində yeni cinayət törətmədikləri halda onların ölüm cəzası ömürlük həbs cəzası ilə əvəz olunacaq. Bildirilir ki, bu halda belə onlar cəza müddətinin azaldılması və ya şərti azadlığa buraxılma hüququndan yararlana bilməyəcəklər.

Qeyd edək ki, Vei Fenghe 2018–2023-cü illərdə Çinin müdafiə naziri vəzifəsində çalışıb və 2023-cü ilin martında postunu Li Şangfuya təhvil verib. Li Şangfu isə 2023-cü ilin oktyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər