ABŞ-də meşə yanğını: 7 min hektardan çox ərazi külə döndü | 1news.az | Xəbərlər
Dünya

ABŞ-də meşə yanğını: 7 min hektardan çox ərazi külə döndü

Oksana Orucova14:09 - Bu gün
ABŞ-də meşə yanğını: 7 min hektardan çox ərazi külə döndü

Florida ştatında baş verən meşə yanğını nəticəsində 7 min hektardan çox ərazi yanaraq külə dönüb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, hazırda yanğının təxminən 40 faizinin nəzarət altına alındığı bildirilir.

Yanğın Everqleyds bölgəsində, kol və çalılıq ərazidə başlayıb və qısa müddətdə genişlənib.

Florida Meşə Xidmətinin məlumatına görə, Brovard Countinin qərb hissəsində geniş ərazilər yanıb. Müxtəlif qurumlara aid yanğınsöndürmə briqadaları alovların yayılmasının qarşısını almaq üçün əməliyyatları davam etdirir.

Bölgədə yerləşən yaşayış məntəqələrinə yaxın ərazilərdə alovların müşahidə olunduğu və qalın tüstünün səmanı bürüdüyü qeyd edilib.

Paylaş:
32

Son xəbərlər

Bütün xəbərlər