Türkiyənin neft tankerinə dron zərbəsi endirilib | 1news.az | Xəbərlər
Dünya

Türkiyənin neft tankerinə dron zərbəsi endirilib

Qafar Ağayev09:40 - Bu gün
Türkiyənin neft tankerinə dron zərbəsi endirilib

Qara dənizdə Türkiyəyə məxsus neft tankeri dron zərbəsinə məruz qalıb.

1news.az xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyəyə məxsus, 140 min ton xam neft daşıyan ALTURA adlı tankerə İstanbul boğazından 15 mil aralıda dron zərbəsi endirilib. Hadisə zamanı gəmidə güclü partlayış baş verib.

Məlumata görə, tankerin göyərtəsində və kapitan körpüsündə zədələr yaranıb, həmçinin maşın şöbəsinə su dolduğu bildirilib.

Tanker təcili yardım siqnalı verdikdən sonra hadisə yerinə Sahil Təhlükəsizliyi qüvvələri və “Nene Hatun” çoxməqsədli qəza-xilasetmə gəmisi cəlb olunub.

Hazırda gəmidə müdaxilə işləri davam edir. Hadisənin hücum olub-olmaması ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Qeyd olunub ki, gəmi heyəti arasında xəsarət alan yoxdur, 27 nəfər türk heyət üzvünün vəziyyəti qənaətbəxşdir.

Paylaş:
173

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər