Pezeşkiandan Ərdoğana təşəkkür: Bu yolu davam etdirəcəyik
İran Prezidenti Məsud Pezeşkian regionda davam edən böhran fonunda tutduğu mövqeyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
1news.az xəbər verir ki, bu barədə o, "X" hesabında türkcə paylaşımında qeyd edib.
"Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın təcavüzkar sionist rejimi qınamaq məsələsində qətiyyətli mövqeyi təqdirəlayiqdir. Qardaş türk milləti uzun illərdir İslam ümməti ilə həmrəylikdə mühüm rol oynayıb. Bu yolu davam etdirəcəyik", - o bildirib.
T.C. Cumhurbaşkanı, aziz kardeşim Sayın R.T. Erdoğan’ın saldırgan Siyonist rejimi kınama konusundaki kararlı tutumu takdire şayandır.Kardeş Türk milleti, uzun yıllardır İslam ümmetiyle dayanışmada önemli bir rol üstlenmiştir. Bu şerefli yolu, ilahî lütufla birlikte devam edeceğiz — Masoud Pezeshkian (@drpezeshkian) March 25, 2026












