Bu gün “Neftçi” və “Zirə” qarşılaşacaq
Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilir.
1news.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə “Araz-Naxçıvan” “Turan Tovuz”u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə “Neftçi” “Zirə”nin qonağı olacaq. “Neftçi” - “Zirə” qarşılaşması avrokuboklara getmək yolunda vacib oyun sayılır. Oyunun start fiti saat 19:30-da veriləcək. Komandaların ilk iki dövrədəki oyunlarında qalib müəyyənləşməyib - 2:2, 0:0.
17 aprel (cümə)
17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz”.
“SOCAR Polymer Arena”.
19:30. “Zirə” – “Neftçi”.
Zirə İdman Kompleksinin stadionu.
18 aprel (şənbə)
15:30. “Karvan-Yevlax” – “Şamaxı”.
Yevlax şəhər stadionu.
19:30. “Qarabağ” – “Sabah”.
Tofiq Bəhramov adına Respublika Stadionu.
19 aprel (bazar)
15:30. “Kəpəz” – “İmişli”;
Yevlax şəhər stadionu;
18:00. “Sumqayıt” – “Qəbələ”;
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.








