Əliyar Ağayevin cəzası bitdi - Təyinat aldı | 1news.az | Xəbərlər
İdman

Əliyar Ağayevin cəzası bitdi - Təyinat aldı

16:15 - Bu gün
Əliyar Ağayevin cəzası bitdi - Təyinat aldı

Əvəzedicilər liqasında XXV turun təyinatları açıqlanıb.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Azərbaycan kubokunun yarımfinalının ilk görüşündə etdiyi səhvlərə görə cəzalandırılan FIFA referisi Əliyar Ağayev “Zirə-2” – “Sumqayıt-2” matçını idarə edəcək.

“Zirə-2” – “Sumqayıt-2”
Hakimlər: Əliyar Ağayev, Rizvan Süleymanov, Cavid Ömərov, Vüqar Alıyev

Qeyd edək ki, Əliyar Ağayev “Turan Tovuz” – “Zirə” oyununda tovuzluların iki penaltisini verməmişdi. AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da bu səhvləri etiraf etdikdən sonra Əliyar Ağayevi cəzalandırmışdı.

Paylaş:
26

Son xəbərlər

Bütün xəbərlər