Şagird yerdəyişməsi müvəqqəti dayandırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

Qafar Ağayev17:39 - Bu gün
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır

IV və VI siniflərdə təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər təşkil ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən 1news.az-a verilən məlumata görə, monitorinqə hazırlıq mərhələsinin şəffaf və fasiləsiz təşkili məqsədilə 27 aprel saat 18:00-dan etibarən IV və VI siniflər üzrə şagirdlərin elektron yerdəyişməsi müvəqqəti olaraq dayandırılır. Həmin müddətə qədər sorğu yerləşdirən valideynlər 30 aprel saat 18:00-a qədər övladlarının sənədlərini yerdəyişmə etdikləri təhsil müəssisəsinə təqdim etməlidirlər.

Qeyd edək ki, monitorinq prosesi başa çatdıqdan sonra bu siniflər üzrə yerdəyişmə prosesi yenidən aktiv ediləcək.

Paylaş:
98

Son xəbərlər

Bütün xəbərlər