AFFA-dan “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir AÇIQLAMA | 1news.az | Xəbərlər
İdman

AFFA-dan “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir AÇIQLAMA

17:36 - Bu gün
AFFA-dan “Turan Tovuz”un Konfrans Liqasından kənarlaşdırılması ilə bağlı daha bir AÇIQLAMA

AFFA UEFA-nın "Turan Tovuz"u Konfrans Liqasında iştirak hüququndan məhrum etməsi ilə bağlı qərarına aid daha bir açıqlama yayıb.

1news.az xəbər verir ki, CAS tərəfindən yekun qərar qəbul edilənə qədər klubun avrokuboklarda nəzərdə tutulan yerinin qorunub saxlanılacağı bildirilib:

“Turan Tovuz” klubunun UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, UEFA Konfrans Liqasının 2026/2027-ci illər mövsümündə iştirak hüququndan məhrum edilməsi barədə qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququ var.

CAS tərəfindən yekun qərar qəbul edilənə qədər idman prinsipləri əsasında ölkə çempionatında 3-cü yeri tutaraq Konfrans Liqasına vəsiqə qazanmış “Turan Tovuz” klubunun avrokuboklarda nəzərdə tutulan yeri qorunub saxlanılacaq. Yalnız CAS-ın verəcəyi qərardan sonra növbəti addımlar müəyyən ediləcək".

Qeyd edək ki, CAS "Turan Tovuz"un xeyrinə qərar verməsə, klubun əvəzinə "Zirə" Konfrans Liqasının 2026-2027 mövsümündə Azərbaycanı təmsil edəcək.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər