Kanada Siqh Federasiyasının üzvü: Bakı Təşəbbüs Qrupu beynəlxalq dialoqun genişlənməsində rol oynayır | 1news.az | Xəbərlər
Siyasət

Kanada Siqh Federasiyasının üzvü: Bakı Təşəbbüs Qrupu beynəlxalq dialoqun genişlənməsində rol oynayır

Qafar Ağayev14:24 - Bu gün
Kanada Siqh Federasiyasının üzvü: Bakı Təşəbbüs Qrupu beynəlxalq dialoqun genişlənməsində rol oynayır

“Siqh icması ilə Bakı Təşəbbüs Qrupu arasında formalaşan tərəfdaşlıq çox önəmlidir”.

1news.az xəbər verir ki, bunu Kanada Siqh Federasiyasının üzvü Hansra Harprit Sinqh deyib.

O, bu əməkdaşlığın beynəlxalq dialoq və fikir mübadiləsi mühitinin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

“Bakıda açıq və təhlükəsiz mühitdə müxtəlif mövzuların sərbəst müzakirə olunması xüsusi dəyər daşıyır. Siqh icmasının yaşadıqları ilə Azərbaycan xalqının keçmişdə üzləşdiyi tarixi sınaqlar arasında müəyyən oxşarlıqlar olduğunu anlayan bir platformanın mövcudluğunu görmək olduqca qürurvericidir”, – deyə o vurğulayıb.

O, həmçinin Bakıda transmilli təzyiqlər, Hindistan hökumətinin Siqh icmasına 1984-cü ildən əvvəl başlayan təsirləri və 1984-cü il hadisələri barədə açıq şəkildə danışmağın vacibliyini qeyd edib.

“Bu mövzuların belə açıq və təhlükəsiz mühitdə müzakirə olunması böyük dəyər daşıyır. Bu imkanı yaratdığına görə Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm”, – deyə o bildirib.
H.Sinqh Atəşgah məbədinə səfər etdiklərini xatırladaraq, Siqh irsi ilə bağlı tarixi izlərin qorunub saxlanılmasının onlar üçün unikal təcrübə olduğunu deyib.

“Bu irsin qorunmasına görə Azərbaycana minnətdarlığını ifadə edib”.

Paylaş:
60

Son xəbərlər

Bütün xəbərlər