Hindistanda restoranda yanğın: Xeyli sayda ölən var | 1news.az | Xəbərlər
Dünya

Hindistanda restoranda yanğın: Xeyli sayda ölən var

Oksana Orucova14:27 - Bu gün
Hindistanda restoranda yanğın: Xeyli sayda ölən var

Hindistanın paytaxtı Nyu Dehli şəhərində yerləşən bir hotelin restoranında baş verən yanğın nəticəsində azı 21 nəfər həyatını itirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Məlumata görə, təxminən 40 nəfərin qaldığı beşmərtəbəli hotelin zirzəmisində yerləşən restoranda yerli vaxtla saat 10:00 radələrində yanğın baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunub. Səlahiyyətli qurumlar yanğın nəticəsində 21 nəfərin həlak olduğunu açıqlayıblar.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər