Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib | 1news.az | Xəbərlər
Siyasət

Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

First News Media17:34 - Bu gün
Daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib

Ukraynadakı müharibədən əziyyət çəkən daha bir qrup ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib.

1news.az-ın məlumatına görə, onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bununla da, indiyədək Azərbaycanda reabilitasiya keçən ukraynalı uşaqların sayı 600-ü keçib.

Xatırladaq ki, səfər çərçivəsində uşaqlar peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda, psixososial təlimlər, ustad dərsləri vasitəsilə azyaşlıların emosional vəziyyətlərinin sabitləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək.

Paylaş:
56

Son xəbərlər

Bütün xəbərlər