Bu gündən bəzi məktəblərdə I sinfə sərbəst qəbul başlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gündən bəzi məktəblərdə I sinfə sərbəst qəbul başlayır

First News Media14:32 - Bu gün
Bu gündən bəzi məktəblərdə I sinfə sərbəst qəbul başlayır

İyunun 5-i saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

1news.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Həmin tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər