Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq

1news Redaksiyası16:55 - 10 / 06 / 2026
Nəsimi rayonunda bəzi küçələrin qaz təchizatında fasilə yaranacaq

Sabah paytaxtın Nəsimi rayonunun bir sıra küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə 1news.az-a "Azəriqaz"a istinadən xəbər verir.

Məlumata görə, təmir-quraşdırma işlərinin aparılması ilə əlaqədar 11.06.2026-cı il tarixində saat 10:00-dan işlər yekunlaşanadək Nəsimi rayonunun Azadlıq prospektinin, M. Qaşqay, Ə. Qasımzadə, S. Rüstəm, S. Zeynalov, M. Rəfili, M. Kaveroçkin, V. Plotnikov, S. Əsgərova, S. Rəhimov, Bakıxanov, E. Tağızadə və İ. Həmidov küçələrinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Paylaş:
436

Son xəbərlər

Bütün xəbərlər