Ceyhun Bayramov yaponiyalı həmkarı ilə ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə edib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində yaponiyalı həmkarı Toşimitsu Moteqi ilə görüşüb.
1news.az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"dəki rəsmi səhifəsində paylaşım edilib.
"Səfər iki ölkənin ikitərəfli münasibətləri dərinləşdirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətini nümayiş etdirir", - məlumatda qeyd olunub.
65












