"İctimai məkanda şortik geyinilməsinə qarşıyam" - VİDEOSORĞU | 1news.az | Xəbərlər
1news TV

"İctimai məkanda şortik geyinilməsinə qarşıyam" - VİDEOSORĞU

Oksana Orucova14:09 - Bu gün
"İctimai məkanda şortik geyinilməsinə qarşıyam" - VİDEOSORĞU

İçərişəhərdə 62 yaşlı şəxsin gənc bir oğlana şortik geyindiyinə görə nalayiq ifadələr işlətməsi sosial mediada geniş rezonans doğurmuşdu. Sonradan yaşlı şəxs gənci təhqir etdiyinə görə üzr istəsə belə, sosial mediada mövzu qabarmağa davam edib. 

1news.az ictimai yerlərdə insanların geyiminin yoxsa davranışının əsas olması ilə bağlı sorğu keçirib.

Belə ki, son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə geniş yer alan insidentlə bağlı əvvəlcə problemin gəncin şortik geyinməsi səbəbindən yarandığı iddia olunurdu. Lakin daha sonra hadisə iştirakçılarından biri açıqlama verərək mübahisənin geyimlə deyil, davranışla bağlı olduğunu bildirib və səsləndirdiyi təhqiramiz ifadələrə görə üzrxahlıq edib.

Müzakirələrin fonunda Sumqayıtda fəaliyyət göstərən restoranlardan birinin girişində yerləşdirilən və şortiklə daxil olmağın qadağan edildiyini bildirən xəbərdarlıq lövhəsi də diqqət çəkib.

Bütün bunlar cəmiyyətdə bir sualı yenidən alovlandırıb:  ictimai məkanlarda insanların qiymətləndirilməsində əsas meyar geyim olmalıdır, yoxsa davranış?

Mövzu ilə bağlı keçirilən sorğu nəticəsində sakinlərin söylədiyi fikirləri təqdim edirik:
Oksana Orucova

Nadir İbrahimli

Paylaş:
79

Son xəbərlər

Bütün xəbərlər