Masallıda “Qızılağac” şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda “Qızılağac” şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

First News Media16:50 - 10 / 06 / 2026
Masallıda “Qızılağac” şadlıq sarayında saxta alkoqollu içkilər aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonunun Qızılağac kəndində fəaliyyət göstərən, Abdullayev Yusif Tarverən oğluna məxsus “Qızılağac” şadlıq sarayında yoxlama keçirib.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb. 

Yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub,  “Organic Vodka” və “Greenway Bio Organic” əmtəə nişanlı saxta alkoqollu içkilər satışdan kənarlaşdırılıb. Normativ-texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinələrə təqdim edilib. Araşdırmalar davam etdirilir.

 

Paylaş:
268

Son xəbərlər

Nurlana Əliyeva vəfat edib

01 / 07 / 2026, 14:31
Bütün xəbərlər