I sinfə qəbul prosesi bu tarixdən başlayır
I sinfə qəbul prosesi may ayından start götürür.
1news.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) rəhbəri Eşqi Bağırov brifinqdə bildirib.
Qeyd edib ki, Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib.
"I sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir".
126












