“Bolt”dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bolt”dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət – FOTO

16:29 - Bu gün
“Bolt”dan yeni xidmət: 4,99 AZN ilə daha çox qənaət – FOTO

Aprel ayından etibarən Azərbaycanda “Bolt” istifadəçiləri “Bolt Plus” xidmətinə abunə ola biləcəklər.

Aylıq 4,99 AZN abunə haqqı ilə təqdim olunan bu xidmət istifadəçilərə taksi və çatdırılma sahəsində əlavə üstünlüklər təqdim etməklə yanaşı, gündəlik səfərlərdə həm vaxta, həm də pula qənaət imkanı yaradır.

“Bolt Plus” üzvləri seçilmiş restoran və mağazalardan minimum sifariş məbləğini keçən sifarişlərdə çatdırılma haqqı ödəmədən sifariş verə biləcəklər. Bu, istifadəçilərə hər sifarişdə əlavə üstünlüklərdən yararlanmağa imkan verir. Bundan əlavə, “Bolt Plus” üzvlərinin sifarişlərinə prioritet verilir və bu da sifarişlərin daha tez çatdırılmasını təmin edir.

“Bolt Plus” üzvlüyü həmçinin taksi xidmətləri üçün də üstünlüklər təqdim edir. Bolt vasitəsilə sifariş verən istifadəçilər üçün prioritet xidmət təqdim olunur. Müştərilər həmçinin hava limanı, planlaşdırılmış və premium səfərlər üzrə 15% cashback, bütün digər kateqoriyalar üzrə isə 10% cashback əldə edirlər. Bu məbləğ Bolt Balance hesabına köçürülür və ödəniş üsulu kimi istifadə oluna bilər.

“Bolt Food”-un Azərbaycandakı ofisinin rəhbəri Dilarə Tomtiyeva bildirib:

“"Bolt Plus”, istifadəçilərimizin “Bolt” ilə təcrübəsini daha da yaxşılaşdırmaq üçün təqdim etdiyimiz növbəti addımdır. Bu xidmət vasitəsilə gündəlik ən çox istifadə olunan Bolt xidmətlərini əhatə edən əlavə üstünlüklər təqdim edir və istifadəçilərə həm vaxta, həm də pula qənaət etməyə imkan yaradırıq.

“Bolt Plus“ üzvlərinin çatdırılma haqqı ödəmədən sifariş verə biləcəyi restoran və mağazalar tətbiqdə “+” işarəsi ilə qeyd olunur. Bundan əlavə, istifadəçilər xidmət haqqına endirim və “Bolt+ həftələri” çərçivəsində tərəfdaş restoranlarda əlavə endirimlərdən də yararlana bilirlər.

Qeyd edək ki, yeni “Bolt Plus” istifadəçiləri üçün ilk ay pulsuz təqdim olunur, bundan sonra aylıq abunə haqqı 4,99 AZN, illik abunə haqqı isə 39 AZN təşkil edir.

“Bolt”-un taksi xidmətləri Azərbaycanda 41 şəhərdə mövcuddur. “Bolt Food” ölkəmizin 10 şəhərdə fəaliyyət göstərir. “Bolt Plus” üzvlüyü “Bolt” xidmətlərinin mövcud olduğu bütün ərazilərdə keçərlidir.

Paylaş:
153

Son xəbərlər

Bütün xəbərlər