Qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir

10:53 - Bu gün
Qida təhlükəsizliyi və sağlam qidalanmanın təşkili ilə bağlı maarifləndirici tədbirlər davam etdirilir

Məktəb bufetlərinə nəzarətin gücləndirilməsi, sanitar-gigiyenik qaydalara riayət olunmasının təmin edilməsi və şagirdlər arasında sağlam qidalanma vərdişlərinin təşviqi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən maarifləndirici tədbirlər davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, növbəti görüş Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndələri, habelə Sumqayıt şəhəri, Abşeron və Xızı rayonlarında qida bloku olan ümumtəhsil müəssisələrinin rəhbərləri və məsul şəxslərinin iştirakı ilə keçirilib.

Tədbirdə Agentliyin mütəxəssisləri tərəfindən qida təhlükəsizliyi sahəsində qüvvədə olan normativ hüquqi aktların tələbləri, məktəb bufetlərində tətbiq olunan sanitar-gigiyenik və texniki-normativ qaydalar barədə ətraflı məlumat verilib. Qida məhsullarının düzgün saxlanması, daşınması və istehlak şərtləri, həmçinin qida zəhərlənmələrinin profilaktikası və qarşısının alınması yolları izah olunub. Sağlam qidalanma prinsipləri və keyfiyyətli qidanın gənc nəslin fiziki inkişafında rolu diqqətə çatdırılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.

Paylaş:
96

Son xəbərlər

Bütün xəbərlər