2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto | 1news.az | Xəbərlər
Cəmiyyət

2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto

15:54 - Bu gün
2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astara rayonunun 1999-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi “QAZ-66” markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.

Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub. O, 2 ay əvvəl ailə həyatı qurubmuş.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
146

Son xəbərlər

Bütün xəbərlər