Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir

Qafar Ağayev11:21 - Bu gün
Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda III Forum keçirilir

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Bakıda "İctimai proseslər media müstəvisində" mövzusunda III Forum keçirilir.

1news.az xəbər verir ki, forumun açılış mərasimində MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov və digər şəxslər iştirak edirlər.

Forum öz işini "Şəhərsalma və Memarlıq İli"ndə media gündəmi", "Rəqəmsal mühitdə gözlənilməz risklər: Zərərli informasiyaya qarşı birgə mübarizə" və "Rəqəmsal inkişaf: Media, süni intellekt və innovasiya" mövzularında panel sessiyalarla davam etdirəcək.

Paylaş:
87

Son xəbərlər

Bütün xəbərlər