Sürücülərin nəzərinə: Buna görə cərimələnə bilərsiniz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sürücülərin nəzərinə: Buna görə cərimələnə bilərsiniz

13:40 - Bu gün
Sürücülərin nəzərinə: Buna görə cərimələnə bilərsiniz

WUF13 tədbirində nəqliyyatın intensiv hərəkətini təmin etmək məqsədilə yaradılan zolaqlardan yalnız tədbirdə iştirak edən şəxslərin daşınmasını həyata keçirən nəqliyyat vasitələri istifadə edə biləcək.

1news.az xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İctimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) tarixlərində nəqliyyatın idarə olunması planına dair brifinqdə deyib.

O bildirib ki, bu zolaqlarda tədbir zamanı hərəkət 24 saat fasiləsiz təmin olunacağı üçün digər nəqliyyat vasitələrinin həmin zolaqlardan istifadəsi qadağandır:
"Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək”.

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri girər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar:

"Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq”.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər