ABŞ Karib dənizində qayığa zərbə endirib: 2 nəfər ölüb
ABŞ ordusu Karib dənizində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir qayığa hücum edib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.
ABŞ-ın Cənub Komandanlığının (SOUTHCOM) sosial media hesabında verilən məlumata görə, “Cənub Mızrağı” əməliyyatı çərçivəsində birgə işçi qrup tərəfindən, təşkilatlanmış cinayət qruplarına aid olduğu bildirilən qayığa zərbə endirilib. Əməliyyat ABŞ Cənub Komandanlığının rəhbəri general Francis L. Donovanın göstərişi ilə həyata keçirilib.
Açıqlamada qeyd olunub ki, əldə edilən kəşfiyyat məlumatları həmin qayığın Karib dənizində tanınmış narkotik qaçaqmalçılığı marşrutunda narkotik daşıdığını təsdiqləyib. “Bu hücum nəticəsində 2 kişi narko-terrorçu öldürülüb. ABŞ hərbçilərindən heç kim zərər görməyib”, – deyə məlumatda bildirilib.












