Tarixdə bu gün – 6 may nə günüdür?
Tarixdə hər bir gün müxtəlif hadisələrlə yadda qalır.
1news.az 6 may tarixində baş vermiş hadisələri təqdim edir:
1861-ci il 6 may - Amerika Vətəndaş Müharibəsi: Arkanzas ittifaqdan ayrılaraq ABŞ-nin 9-cu ştatı olub.
1910-cu il 6 may — V Georq atasının ölümündən sonra İngiltərə kralı olur.
1921-ci il 6 may — Rusiya Sovet Federativ Sosialist Respublikası və Almaniya arasında ticarət razılaşması imzalandı.
1940-cı il 6 may — Con Steynbek Pulitzer mükafatı alır.
1954-cü il 6 may — Rocer Bannister bir mili 4 dəqiqədən az vaxta qaçan ilk insan olur.
1971-ci il 6 may — Yunanıstan və Albaniya arasında diplomatik əlaqələr quruldu.
1976-cı il 6 may — İtaliya şəhəri Firulidə baş verən zəlzələ 989 insanın həyatına son qoydu. 1994-cü il 6 may - Böyük Britaniya kraliçası II Yelizaveta və Fransa prezidenti Fransua Mitteran La-Manş tunelinin açılışında iştirak ediblər.
2002-ci il 6 may- SpaceX təsis olunub.
2004-cü il 6 may - Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 6 may İnsan Alverinə Qarşı Mübarizə Günü kimi təsis edilib.
2008-ci il 6 may: Myanmarda "Nərgis" qasırğası nəticəsində 22 mindən çox insan həyatını itirib.












