İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2 700-ü keçdi | 1news.az | Xəbərlər
Dünya

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2 700-ü keçdi

Oksana Orucova17:50 - Bu gün
İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2 700-ü keçdi

İsrail ordusunun 2 mart tarixindən etibarən Livana həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı artaraq 2 702 nəfərə çatıb.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, qeyd olunan müddət ərzində hücumlar nəticəsində 8 311 nəfər yaralanıb. Nazirlik bir gün əvvəl açıqladığı rəqəmlərdə ölənlərin sayının 2 696 olduğunu bildirmişdi.

Məlumata əsasən, İsrail ordusu 2 martda Livanın cənub bölgələrinə genişmiqyaslı hava zərbələri endirməyə başlayıb və bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb.

Livan hökuməti isə bu müddətdə ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb.

ABŞ Prezidenti Donald Trump Livan və İsrail arasında 17 aprel tarixində qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını bəyan edib.

Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir. Hizbullah isə bu hücumlara cavab verməkdə davam edir.

Paylaş:
37

Son xəbərlər

Bütün xəbərlər