Tehranda ticarət mərkəzində yanğın: Ölənlər var | 1news.az | Xəbərlər
Dünya

Tehranda ticarət mərkəzində yanğın: Ölənlər var

10:23 - Bu gün
Tehranda ticarət mərkəzində yanğın: Ölənlər var

İranın paytaxtı Tehranda yerləşən "Erguvan" ticarət mərkəzində dünən səhər saatlarında baş verən yanğın nəticəsində 8 nəfər həyatını itirib.

1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Şəhriyar bölgəsində yerləşən "Erguvan" ticarət mərkəzində baş verən hadisə zamanı 36 nəfər də yaralanıb.

Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

Yanğının başvermə səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. Şəhriyarın Baş prokuroru hadisə ilə bağlı istintaqa başlanıldığını açıqlayıb.

Paylaş:
51

Son xəbərlər

Bütün xəbərlər