NİİM-dən piyadalara ÇAĞIRIŞ: Yol keçərkən svetofor siqnallarına diqqət edin
Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi piyadalara müraciət edib.
1news.az xəbər verir ki, Mərkəzdən bildirilib ki, piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin bir hissəsi piyadaların nizamlanan piyada keçidlərindən düzgün istifadə etməməsi səbəbindən baş verir.
Qeyd olunub ki, piyadalar svetoforun piyada bölməsində qırmızı işıq yandıqda yolu keçməməlidirlər və bu, həyat üçün ciddi təhlükə yaradır.
“Həmçinin piyadalar yalnız yaşıl işıq yandıqda və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. Əks halda yol-nəqliyyat hadisələrinin baş verməsi qaçılmaz olur”, – məlumatda vurğulanıb.
70












