Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

12:35 - Bu gün
Keti Perri “Formula 1” üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Dünya şöhrətli müğənni Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq.

Bu barədə 1news.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik yubileyinə təsadüf edən 2026-cı il yarış həftəsonu bu dəfə öncəki illərdən daha möhtəşəm və fərqli təşkil olunacaq. Yubiley proqramının əsas hadisələrindən biri dünya şöhrətli ifaçı Keti Perrinin Bakıda səhnə alması olacaq. O, sentyabrın 25-də keçiriləcək xüsusi gecədə "Formula 1" azarkeşinə unudulmaz şou təqdim edəcək.

Daha əvvəl məlumat verildiyi kimi, yarış həftəsonunun konsert proqramında dünya şöhrətli DJ və prodüser Kelvin Harris də çıxış edəcək.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər