İsraildən Livana yeni hücum hədəsi: “Təxliyə edin!”
İsrail ordusu Livanın şərq və cənubundakı 12 yaşayış məntəqəsi üçün təxliyə çağırışı edərək hücum xəbərdarlığı edib.
1news.az xarici mediaya istinadən xəbər verir ki, ordunun sözçüsü Aviçay Adrai "X" platformasında paylaşım edərək sakinlərdən evlərini tərk edib ən azı 1 km uzaqlaşmalarını istəyib.
İsrail tərəfi Hizbullah təşkilatını atəşkəsi pozmaqda ittiham edir. Atəşkəsə baxmayaraq, İsrailin Livanın cənubunda hücumları davam edir, Hizbullah isə buna cavab zərbələri endirir.
Qeyd edək ki, 2 martdan bəri davam edən hücumlar nəticəsində 2700-dən çox insan həyatını itirib, 1 milyondan artıq şəxs isə evlərini tərk etmək məcburiyyətində qalıb.
43











