Polşa ABŞ hərbçilərini qəbul etməyə hazırdır | 1news.az | Xəbərlər
Dünya

Polşa ABŞ hərbçilərini qəbul etməyə hazırdır

10:34 - Bu gün
Polşa ABŞ hərbçilərini qəbul etməyə hazırdır

Karol Navrotski ABŞ-nin Almaniyada yerləşən hərbçilərinin bir hissəsinin Polşaya köçürülməsini istəyəcəyini açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Polşa prezidenti bildirib ki, bu məsələni ABŞ Prezidenti Donald Trump ilə müzakirə etməyi planlaşdırır. Onun sözlərinə görə, əgər Vaşinqton Almaniyadakı hərbi kontingentin sayını azaltmaq qərarı versə, Polşa həmin qüvvələri qəbul etməyə hazırdır.

Navrotski qeyd edib ki, hazırda Polşa ərazisində təxminən 10 min ABŞ hərbçisi yerləşir. O vurğulayıb ki, məqsəd Amerika qoşunlarının Avropada qalmasını təmin etmək və onların bir hissəsinin Polşaya yerləşdirilməsinə nail olmaqdır.

Paylaş:
61

Son xəbərlər

Bütün xəbərlər