İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb | 1news.az | Xəbərlər
Dünya

İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

First News Media15:30 - Bu gün
İsrail ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb

İsrail Müdafiə Ordusu HƏMAS-ın yüksək rütbəli komandirini öldürüb.

1news.az report-a istinadən xəbər verir ki, bu barədə ordunun "X" sosial şəbəkəsindəki səhifəsində bildirilib.

"HƏMAS-ın döyüş qanadının "Qəzza" briqadasının komandirinin müavini və "Zeytun" batalyonunun komandiri İmad Həsən Hüseyn Əslim zərərsizləşdirilib", - məlumatda deyilir.

İsrail tərəfinin məlumatına görə, İ.Əslim oktyabrın 7-də yaraqlıların İsrail ərazisinə basqınlarına rəhbərlik edib və Qəzzada İsrail qüvvələrinə qarşı hücumlar təşkil edib.

Paylaş:
94

Son xəbərlər

Bütün xəbərlər