Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər | 1news.az | Xəbərlər
Dünya

Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər

First News Media15:58 - Bu gün
Peskov: Ermənistan yalnız öz hesabına Aİ ilə inteqrasiya edə bilər

Avropa İttifaqı (Aİ) istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur, lakin o, bunu Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin maliyyəsi hesabına etməməlidir.

1news.az report-a  istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

"Daha bir böyük sual var: Avropa İttifaqı istiqamətində hərəkət etmək Ermənistanın suveren hüququdur. Lakin Ermənistan bunu Aİİ ölkələrinin maliyyəsi hesabına edə bilməz və etməməlidir, o, bunu öz hesabına etməlidir", - D.Peskov bildirib.

Onun sözlərinə görə, Ermənistan Aİ ilə yaxınlaşdıqca gec-tez onun qəbul etdiyi normaların Aİİ-nin norma və qaydaları ilə ziddiyyət təşkil edəcəyi bir vəziyyətə düşəcək.

Paylaş:
95

Son xəbərlər

Bütün xəbərlər