Tarixdə bu gün - 8 may nə günüdür?
Tarixdə hər bir hadisə müxtəlif hadisələrlə yaddaşlara həkk olunur.
1news.az 8 may tarixində baş vermiş hadisələri təqdim edir:
1886-cı il 8 may- Əczaçı Con Pemberton ilk dəfə patent dərmanı kimi "Koka-Kola" adlı qazlı içki satıb.
1978-ci il 8 may — Everest dağına ilk yüksəlişi Raynhold Messner və Piter Habeler tərəfindən əlavə oksigen olmadan ediblər.
1992-ci il 8 may - Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur.
1992-ci il 8 may— Azərbaycan və İsveç arasında diplomatik əlaqələr qurulmuşdur.
2014-cü il 8 may — "Qarabağ" Azərbaycan Premyer Liqası çempionu olmuşdur.
2018-ci il 8 may- Avroviziya Mahnı Müsabiqəsində Aysel Məmmədova "X My Heart" mahnısı ilə Azərbaycanı təmsil etmişdir.
2022-ci il 8 may — Şimali Koreyada ilk dəfə COVID-19 qeydə alınıb.
Qeyd edək ki, 8 may dünyada Beynəlxalq Talassemiya Günü olaraq qeyd edilir, bu gün irsi qan xəstəliyi barədə məlumatlılığı artırmaq məqsədi daşıyır.












