Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

15:15 - Bu gün
Hərbi attaşelər Dövlət Sərhəd Xidmətində olublar

Müdafiə nazirinin 2026-cı il üçün təsdiq etdiyi fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunmuş hərbi attaşelərinin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə (DSX) tanışlıq səfəri təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin təşkilatçılığı ilə keçirilən səfərdə 18 ölkənin hərbi attaşelik aparatlarının 26 nümayəndəsi iştirak edib.

Tədbir çərçivəsində qonaqlara DSX-nin fəaliyyəti barədə ümumi məlumat verildikdən sonra “Siyasi repressiya qurbanları” muzeyi ziyarət edilib.

Paylaş:
57

Son xəbərlər

Bütün xəbərlər