Namibiyada təyyarə qəzası: Ölənlər var
Namibiyada kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 alman turist və pilot həyatını itirib.
1news.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Sossusvlei bölgəsində baş verib.
Məlumata görə, təyyarə paytaxt Vindhuk yaxınlığındakı Hosea Kutako Beynəlxalq Hava Limanından qalxaraq bölgədə yerləşən bir otelə istiqamət alıb, lakin planlaşdırılan vaxtda təyinat nöqtəsinə çatmayıb.
Axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin Namib səhrası ərazisində qəzaya uğradığı müəyyən edilib və pilotla birlikdə 3 sərnişinin cansız bədəni aşkar olunub.
Qəza qurbanlarının kimliyi hələ açıqlanmayıb. Səlahiyyətli qurumlar hadisənin səbəblərinin müəyyən edilməsi üçün araşdırma başladıb.
92












