Tramp: İran saziş imzalamaq istəyir | 1news.az | Xəbərlər
Dünya

Tramp: İran saziş imzalamaq istəyir

Oksana Orucova10:33 - Bu gün
Tramp: İran saziş imzalamaq istəyir

ABŞ Prezidenti Donald Tramp İranın ABŞ ilə razılıq əldə etmək niyyətində olduğunu bildirib.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tramp sosial media hesabında paylaşım edib.

Paylaşdığı açıqlamada, İranla aparılan danışıqlara münasibət bildirərək deyib:

 “İran həqiqətən də saziş bağlamaq istəyir və bu razılaşma həm ABŞ, həm də bizimlə əməkdaşlıq edən tərəflər üçün faydalı olacaq”.

ABŞ lideri eyni zamanda bildirib ki, demokratlar və bəzi respublikaçılar danışıqlar prosesi ilə bağlı davamlı tənqidlər səsləndirirlər.

Tramp qeyd edib ki, bu cür ziddiyyətli çağırışlar və şərhlər danışıqlar prosesini çətinləşdirsə də, nəticədə hər şeyin qaydasına düşəcəyinə inanır.

ABŞ Prezidenti digər paylaşımında isə CNN telekanalının İrana təqdim olunan saziş layihəsində nüvə məsələlərinin yer almadığı barədə iddialarını təkzib edib. O bildirib ki, layihə mətnində İranın nüvə silahına sahib olmayacağı açıq şəkildə əks olunub.

Trampın sözlərinə görə, saziş layihəsi nüvə proqramı ilə bağlı müxtəlif məsələləri geniş və ətraflı şəkildə əhatə edir və sənədin mühüm hissəsi məhz bu mövzuya həsr olunub.

Paylaş:
72

Son xəbərlər

Bütün xəbərlər