Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəlib - FOTO
Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə mayın 17-də Azərbaycan Respublikasına səfərə gəlib.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.


88












