Malayziya naziri: Dayanıqlı şəhərsalma bizim üçün milli zərurətdir
Dayanıqlı şəhərsalma Malayziya üçün sadəcə siyasət istiqaməti deyil, milli zərurətdir.
Hazırda Malayziya əhalisinin 75 faizdən çoxu şəhərlərdə yaşayır və şəhərlər ölkə iqtisadiyyatının əsas hərəkətverici qüvvəsidir. Bununla yanaşı, sürətli urbanizasiya mənzil əlçatanlığı, iqlim dəyişiklikləri və sosial inklüzivlik kimi ciddi çağırışlar yaradır.
1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Malayziyanın mənzil tikintisi və yerli özünüidarəetmə naziri, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının fəaliyyətdə olan prezidenti Nqa Kor Minq Bakıda keçirilən WUF13 çərçivəsində “Milli Nazirlik Bəyanatları -Yeni Şəhərsalma Proqramının gedişatı ilə bağlı nazirlər səviyyəsində görüş”də çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, Malayziya bu problemlərin həlli istiqamətində genişmiqyaslı proqramlar həyata keçirir.












