AZAL Bakı-Naxçıvan reyslərini bərpa etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Bakı-Naxçıvan reyslərini bərpa etdi

10:04 - Bu gün
AZAL Bakı-Naxçıvan reyslərini bərpa etdi

“Azərbaycan Hava Yolları” (AZAL) əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti həyata keçirilməyən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşların icrasını yenidən bərpa edib.

1news.az xəbər verir ki, bununla bağlı AZAL məlumat yayıb.

Bildirilib ki, hazırda qeyd olunan istiqamətdə reyslər planlaşdırılmış qrafikə uyğun yerinə yetirilir.

Eyni zamanda, AZAL bölgədə müşahidə olunan qeyri-sabit hava şəraitini daim nəzarətdə saxlayır və uçuşların təhlükəsiz icrasını təmin etmək məqsədilə zəruri əməliyyat qərarlarını qəbul edir.

Paylaş:
76

Son xəbərlər

Bütün xəbərlər