Elon Mask məhkəmədə uduzdu | 1news.az | Xəbərlər
Dünya

Elon Mask məhkəmədə uduzdu

Oksana Orucova09:53 - Bu gün
Elon Mask məhkəmədə uduzdu

Elon Mask, "ChatGPT"-nin yaradıcısı olan OpenAI şirkətinin qurucuları Sam Altman və Qreq Brokman-a qarşı açdığı məhkəmə işində məğlub olub.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, münsiflər heyəti Maskın iddialarını rədd edib.

İşə Oakland şəhərində yerləşən federal məhkəmədə baxılıb.

Doqquz nəfərlik münsiflər heyəti Elon Maskın OpenAI rəhbərliyinə qarşı irəli sürdüyü ittihamları əsassız hesab edib. Həmçinin bildirilib ki, iddia qanunla müəyyən edilmiş müddət bitdikdən sonra qaldırılıb.

İşə baxan hakim Yvonne Qonzalez Roqers də münsiflər heyətinin qərarını qəbul edərək Maskın tələblərini rədd edib.

Üç həftə davam edən məhkəmə prosesi zamanı Elon Mask, Sam Altman, Qreq Brokman və Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadella daxil olmaqla bir sıra tanınmış şəxslərin ifadələri dinlənilib.

Elon Mask 2024-cü ildə açdığı məhkəmə iddiasında Sam Altman və onun “şərikləri” tərəfindən aldadıldığını iddia etmiş, OpenAI-ni kommersiya maraqlarını ön plana çıxarmaqda günahlandırmışdı.

Qeyd edək ki, məhkəmə sənədlərində Mask şirkət rəhbərliyini “bəşəriyyətin rifahına xidmət etmək missiyasına xəyanət etməkdə” ittiham etmişdi.

Paylaş:
77

Son xəbərlər

Bütün xəbərlər