Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

14:33 - Bu gün
Respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə may ayının pensiya ödənişləri yekunlaşdırılıb.

Bu barədə 1news.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, mayın 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda, habelə Naxçıvan Muxtar Respublikasında, bu gün isə ölkəmizin bölgələrində qeydiyyatda olan şəxslərin may ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib.

Paylaş:
55

Son xəbərlər

Bütün xəbərlər