Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır” | 1news.az | Xəbərlər
Siyasət

Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır”

Faiqə Məmmədova13:31 - Bu gün
Natiq Məmmədli: “COP29-un uğur hekayəsini yazan Azərbaycan mediası bu uğuru WUF13-də də təkrarlayır”

“Azərbaycan mediası beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində artıq çox zəngin təcrübə toplayıb və bu, bizi olduqca sevindirir”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) dördüncü günü çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, xüsusilə sevindirici haldır ki, COP29-un uğur tarixini yazan yerli media qurumları bu gün həmin uğuru WUF13 platformasında da təkrarlayırlar.

“Məhz Azərbaycan mediası həm daxili, həm də beynəlxalq auditoriya üçün əsas xəbər mənbələrindən birinə çevrilib. Bu gün WUF13 çərçivəsində ən fəal məkanlardan biri media zonasıdır və burada jurnalistlər fasiləsiz rejimdə fəaliyyət göstərirlər”, - deyə Natiq Məmmədli vurğulayıb.

Agentliyin icraçı direktorunun müavini qeyd edib ki, hazırda Azərbaycanın media gündəminin əsas hissəsini məhz WUF13 tədbirləri və bu platformada səsləndirilən mühüm mesajlar təşkil edir ki, bu da prinsipial əhəmiyyət daşıyan məsələdir.

Paylaş:
131

Son xəbərlər

Bütün xəbərlər