Mehman Mehdiyev ASCO-dakı vəzifəsindən ayrıldı, | 1news.az | Xəbərlər
Cəmiyyət

Mehman Mehdiyev ASCO-dakı vəzifəsindən ayrıldı,

17:56 - Bu gün
Mehman Mehdiyev ASCO-dakı vəzifəsindən ayrıldı,

Tanınmış jurnalist Mehman Mehdiyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki vəzifəsindən ayrılıb.

1news.az xəbər verir ki, o bundan sonra, fəaliyyətini Dövlət Statistika Komitəsində davam etdirəcək.

Bununla bağlı M.Mehdiyev “Facebook” səhifəsində yazıb:

“10 ilə yaxın çalışdığım “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dəki fəaliyyətimi yeni işə keçməyimlə əlaqədar başa vurdum.

Bu illər mənim üçün böyük təcrübə və həyat məktəbi oldu. ASCO-da çalışdığım müddətdə çox peşəkar və dəyərli insanlarla birlikdə işləmək imkanım oldu.

Birlikdə çalışdığım rəhbərlərə, həmkarlarıma, media nümayəndələrinə və bütün dənizçi dostlarıma təşəkkür edirəm.

Fəaliyyətimi bundan sonra Dövlət Statistika Komitəsində davam etdirəcəyəm.

Hər birinizə uğurlar arzulayıram” - deyə, o, əlavə edib.

Paylaş:
59

Son xəbərlər

Bütün xəbərlər