Fəriz Əzizov: “Həyata keçirilən layihələr Bakıda tıxacların əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək” | 1news.az | Xəbərlər
Siyasət

Fəriz Əzizov: “Həyata keçirilən layihələr Bakıda tıxacların əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək”

Faiqə Məmmədova12:39 - Bu gün
Fəriz Əzizov: “Həyata keçirilən layihələr Bakıda tıxacların əhəmiyyətli dərəcədə azalmasına imkan verəcək”

“Yollar sadəcə asfalt və betondan ibarət deyil.

Yollar iqtisadi bağlantını, ərazi balansını, təhlükəsizliyi, mobilliyi və nəticə etibarilə insanların gündəlik həyat keyfiyyətinin ayrılmaz hissəsini təcəssüm etdirir”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fəriz Əzizov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı – 2040: şəhər inkişafının yeni erası” adlı panel sessiyada deyib.

“İnanırıq ki, hazırda həyata keçirilən layihələr Bakıda tıxacların əhəmiyyətli dərəcədə azalmasına, şəhər mərkəzinə düşən yükün optimallaşdırılmasına, regional inteqrasiyanın gücləndirilməsinə və meqapolisin daha dayanıqlı və rəqabətqabiliyyətli gələcəyinə töhfə verəcək. Bakı qarşıdakı onilliklərdə çevrilmək istədiyi şəhəri şüurlu şəkildə layihələndirir və biz bu gələcəyin infrastrukturunu artıq bu gündən qururuq”, — deyə F. Əzizov yekunlaşdırıb.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər