“Məqsədimiz insanların yolda daha az vaxt keçirməsi, həyata isə daha çox vaxt ayırmasıdır” - Riad Qasımov | 1news.az | Xəbərlər
Siyasət

“Məqsədimiz insanların yolda daha az vaxt keçirməsi, həyata isə daha çox vaxt ayırmasıdır” - Riad Qasımov

Faiqə Məmmədova12:04 - Bu gün
“Məqsədimiz insanların yolda daha az vaxt keçirməsi, həyata isə daha çox vaxt ayırmasıdır” - Riad Qasımov

“Məqsədimiz insanların yolda daha az vaxt sərf etdiyi, daha çox yaşadığı və komfortlu şəhər mühitinin üstünlüklərindən faydalandığı balanslı şəhər strukturu formalaşdırmaqdır”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı – 2040: şəhər inkişafının yeni erası” adlı panel sessiyada deyib.

O bildirib ki, inteqrasiya olunmuş və səmərəli mobillik sistemi müasir şəhərin uğurlu fəaliyyəti üçün əsas şərtlərdən biridir.

“Baş Plan ictimai nəqliyyatın inkişafını, multimodal əlaqələrin genişləndirilməsini, yol hərəkəti sıxlığının azaldılmasını, həmçinin yaşayış, kommersiya və sənaye zonaları arasında daha yaxşı inteqrasiyanı prioritet istiqamət hesab edir”, - deyə o vurğulayıb.

Paylaş:
65

Son xəbərlər

Bütün xəbərlər