Tərlan Səfərov: “Bakının nəqliyyat planının həyata keçirilməsi üçün “rəqəmsal əkiz” yaradılıb” | 1news.az | Xəbərlər
Siyasət

Tərlan Səfərov: “Bakının nəqliyyat planının həyata keçirilməsi üçün “rəqəmsal əkiz” yaradılıb”

Faiqə Məmmədova12:46 - Bu gün
Tərlan Səfərov: “Bakının nəqliyyat planının həyata keçirilməsi üçün “rəqəmsal əkiz” yaradılıb”

“Bakının nəqliyyat sistemi rəqəmsal və dayanıqlı model əsasında qurulur”.

1news.az-ın müxbiri xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Bakı Regional İdarəsinin rəhbəri Tərlan Səfərov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF13) beşinci günü çərçivəsində təşkil olunan “Bakı Baş Planı – 2040: şəhər inkişafının yeni erası” adlı panel sessiyada deyib.

O bildirib ki, Bakının Baş Nəqliyyat Planı şəhərsalmaya müasir və dayanıqlı yanaşma əsasında hazırlanıb və tranzit yönümlü layihələndirmə modeli bu strategiyanın əsas sütunlarından biridir. Həmin model çərçivəsində şəhərin inkişafı ictimai nəqliyyat qovşaqları ətrafında formalaşdırılır.

T.Səfərovun sözlərinə görə, planın həyata keçirilməsi üçün “rəqəmsal əkiz” (digital twin) sistemi yaradılıb. Bu sistem milyonlarla məlumat nöqtəsini əhatə edir və layihələrin planlaşdırılması və qiymətləndirilməsində mühüm rol oynayır.

O həmçinin vurğulayıb ki, 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı bu transformasiyanın həyata keçirilməsi üçün əsas mexanizm rolunu oynayır.

Paylaş:
74

Son xəbərlər

Bütün xəbərlər