Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib

First News Media13:01 - Bu gün
Azərbaycan və Qırğızıstan enerji əməkdaşlığının inkişafını müzakirə edib

Azərbaycan və Qırğızıstan arasında ikitərəfli və regional enerji əməkdaşlığının inkişafına dair müzakirələr aparılıb.

1news.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Məlumata görə, bununla bağlı müzakirələr Bakı Enerji Həftəsi çərçivəsində Bakıda səfərdə olan Qırğızıstanın energetika naziri Taalaybek İbrayevlə görüşdə aparılıb.

Nazir bildirib ki, iki ölkə arasında neft məhsulları, elektrik enerjisi sahələrində, həmçinin "Mərkəzi Asiya - Azərbaycan Enerji Dəhlizi" layihəsi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Paylaş:
62

Son xəbərlər

Bütün xəbərlər